SOSİUM

Çaylarda son vəziyyət
09 SENTYABR
81

Çaylarda son vəziyyət

2019-09-09 09:53:00

Respublikanın çaylarında mövcud vəziyyət açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, ölkə ərazisində yağan yağış nəticəsində respublikanın çaylarında sululuğun artımı müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan çox olmaqla normanın 150 faizini, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan çox olmaqla 100-150 faizini, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az və norma daxilində olmaqla 50-100 faizini təşkil edir.

Tranzit çaylarda faktiki vəziyyətə gəlincə, sentyabrın 6-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 9 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 109 kub/s qeydə alınır ki, bu da ongünlük normaya yaxın olmaqla normanın 89 faizini təşkil edir. Mövcud vəziyyət 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 60 kub/s olmaqla, ongünlük normadan az olub.

Sentyabrın 6-da Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 15 kub/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 21 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 90 kub/s təşkil etməklə ongünlük normadan çox olub.

Sentyabrın 6-da Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 42 kub/s qeydə alınır ki, bu da ongünlük normaya yaxın olmaqla normanın 94 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 52 kub/s təşkil etməklə ongünlük normadan çox olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, sentyabrın 6-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 4 sm artaraq 348 sm təşkil edib. Bu rəqəm 2018-ci il sentyabrın 6-da isə 334 sm olub. Şirvan məntəqəsində suyun səviyyəsi 10 sm artaraq 119 sm qeydə alınıb. 2018-ci il sentyabrın 6-da isə bu rəqəm 175 sm təşkil edib. Salyanda suyun səviyyəsi 2 sm artıb və 140 sm olub. Məntəqədə suyun səviyyəsi 2018-ci ilin müvafiq dövründə 119 sm qeydə alınıb. Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 7 sm artaraq 50 sm müşahidə olunub. Bu rəqəm 2018-ci il sentyabrın 6-da isə 35 sm təşkil edib. Bankə məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayaraq 165 sm təşkil edib, lakin 2018-ci il sentyabrın 6-da 167 sm qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır