SOSİUM

Bakının bu rayonlarında qaz olmayacaq – ƏHALİYƏ XƏBƏRDARLIQ
05 SENTYABR
118

Bakının bu rayonlarında qaz olmayacaq – ƏHALİYƏ XƏBƏRDARLIQ

2019-09-05 09:37:00

Sabunçu və Xəzər rayonlarında qazın verilişində məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-dən Fins.az-a verilən məlumata görə, sentyabrın 5-də səhər saat 10:00-dan etibarən orta təzyiqli qaz kəmərinin hava kompressoru vasitəsilə kipliyə sınaq olunması məqsədilə Sabunçu rayonu, Sabunçu qəsəbəsində bir qrup abonentin qaz təchizatı dayandırılacaq.

Bundan başqa ölçü cihazlarının metroloji göstəricilərinin təftiş olunması ilə bağlı Xəzər rayonunun Şağan, Şüvəlan və Qala qəsəbələrində qazın verilişində qısamüddətli fasilələr yaranacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır