SOSİUM

Bu qadın ildə 1 milyon dollardan çox pul qazanır
04 SENTYABR
131

Bu qadın ildə 1 milyon dollardan çox pul qazanır

2019-09-04 15:51:00

ABŞ-da yaşayan 44 yaşlı Bethany Gaskin ildə ən azı 1 milyon dollar məbləğində pul qazanır.

Fins.az Banco-ya istinadən xəbər verir ki, Gaskin “Blove's Life” adlı “Youtube” kanalında sadəcə yemək videolarını paylaşaraq böyük pullar əldə edir. Beləliklə, Bethany Gaskin Amerikalı mukbang ulduzuna çevrilib. (mukbang - Koreya mənşəlidir, mənası sosial mediada yemək yeyərək pul qazanmağın bir yolu)

Gaskin “YouTube”də canlı yayım açaraq qarşısındakı yeməkləri yeyir. Videoları böyük maraqla qarşılanan Gaskinin “YouTube”də 2 milyon, “İnstagram”da isə 1 milyon abunəçisi var.

Sadece yemek yiyerek yılda en az 1 milyon dolar kazanıyor!
Sadece yemek yiyerek yılda en az 1 milyon dolar kazanıyor!

Məşhurlaşan trend ulduzu bir müddət sonra reklam və sponsorluq təklifləri almağa başlayıb.

Gaskin bu videolar sayəsində illik qazancının 1 milyon dolardan çox olduğunu bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır