SOSİUM

Daxili İşlər nazirinin birinci müavini vətəndaşları qəbul edəcək
15 AVQUST
125

Daxili İşlər nazirinin birinci müavini vətəndaşları qəbul edəcək

2019-08-15 13:58:00

Azərbaycan Respublikası Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov tərəfindən avqustun 24-də Bərdə Rayon Polis Şöbəsində Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd, Goranboy, Xocalı, Naftalan şəhər və rayonlarının sakinlərinin qəbulunun keçirilməsi nəzərdə tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən fins.az-a verilən məlumata görə , vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır