SOSİUM

Ağac kəsən şəxs cərimələnib
14 AVQUST
61

Ağac kəsən şəxs cərimələnib

2019-08-14 14:01:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Xətai rayonu, Babək prospekti 2221-ci məhəllə ünvanında yerləşən “Xəzər” kiçik müəssisəsinin ərazisində müxtəlif cinsli ağacların kəsildiyi aşkar edilib.Fins.az xəbər verir ki bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinədən məlumat verilib. Məlumatda bidirilir ki, aşdırma zamanı ağacların sözügedən müəssisənin direktoru İlqar Qasımovun göstərişi ilə kəsildiyi məlum olub.

     Faktla bağlı İ.Qasımov barəsində protokol tərtib edilib və o vəzifəli şəxs qismində 4360 manat məbləğində cərimə olunub.

Kəsilmiş ağacların yerinə yeni ağacların əkilməsi təmin edilib. 

 Müəllif: Aynur Qəniyeva

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır