SOSİUM

Bayran gününə olan hava proqnozu
11 AVQUST
322

Bayran gününə olan hava proqnozu

2019-08-11 14:29:00

Ölkə ərazisində avqustun 12-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən fins.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi əvəz olunacaq. Havanın temperaturu gecə 21-24°, gündüz 28-31° isti təşkil edəcək.

Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi əvəz olunacaq. Dəniz suyunun temperaturunun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 22-23°, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 23-25° isti təşkil edəcəyi ehtimalı var.

Naxçıvan Muxtar Respublikasında hava yağmursuz olacaq. Şərq küləyi əsəcək. Temperaturun gecə 17-22°, gündüz 33-38° isti təşkil edəcəyi gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-19°, gündüz 21-26° isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava yağmursuz keçəcək, Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 31-36° isti təşkil edəcəyi proqnozlaşdırılır.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-21°, gündüz 29-34° isti, dağlarda gecə 8-13°, gündüz 20-25° isti olacaq.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25°, gündüz 30-35° isti təşkil edəcək.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava yağmursuz keçəcək, Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-23°, gündüz 29-34° isti, dağlarda gecə 15-18°, gündüz 22-27° isti təşkil edəcəyi gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır