SOSİUM

Zaqatalada gün ərzində ikinci dəfə zəlzələ oldu
10 AVQUST
179

Zaqatalada gün ərzində ikinci dəfə zəlzələ oldu

2019-08-10 17:11:00

Avqustun 10-da Zaqatala seysmoloji stansiyasından 14 kilometr cənub-qərbdə Zaqatala ərazisində maqnitudası 3.7 olan daha bir zəlzələ baş verib.

Fins.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən  bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 15:22-də qeydə alınıb.

Ocağı 7 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 4 bal, yaxın ətraf rayonlarda 3 bala qədər hiss olunub.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən virtualaz.org-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 11:35-də qeydə alınıb.

Ocağı 3 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 5, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır