SOSİUM

Umayra Tağıyeva: “Hazırkı hava şəraiti avqust üçün səciyyəvi deyil”
09 AVQUST
87

Umayra Tağıyeva: “Hazırkı hava şəraiti avqust üçün səciyyəvi deyil”

2019-08-09 09:35:00

“Hazırda müşahidə olunan hava şəraiti və nisbətən mülayim temperatur göstəriciləri avqust ayı üçün səciyyəvi deyil. Belə temperatur rejiminə sentyabr ayının I ongünlüyünün sonu, II ongünlüyündə daha çox rast gəlinir”. 

Bunu  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib. 

Dünən paytaxtda maksimal temperaturun 26-28 dərəcə təşkil etdiyini bildirən Nazirlik rəsmisinin sözlərinə görə, son 15 il ərzində avqust ayında daha çox qızmar, isti günlər üstünlük təşkil edib.

O bildirib ki, son 15 il ərzində avqust ayının I ongünlüyündə belə yağışlı hava şəraiti Bakıda 2009 və 2013-cü illərdə qeydə alınıb.

U. Tağıyeva qeyd edib ki, bu il avqust ayında hava şəraiti qeyri-sabit keçir: “Hazırda müşahidə olunan temperatur çox illik norma göstəricilərindən 2 dərəcə aşağıdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır