SOSİUM

Paytaxtda istehlak məhsullarının və xidmətlərin qiymətləri açıqlanıb
06 AVQUST
83

Paytaxtda istehlak məhsullarının və xidmətlərin qiymətləri açıqlanıb

2019-08-06 15:10:00

Bu ilin iyun ayında Bakı şəhəri üzrə istehlak məhsullarının və xidmətlərin qiymətləri may ayı ilə müqayisədə 0,4 faiz ucuzlaşıb, yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 2,9 faiz bahalaşıb.

Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata görə, iyunda ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri may ayına nisbətən 1 faiz ucuzlaşıb. Altı ayda əvvəlki ilin müvafiq dövrünə görə isə 2,2 faiz bahalaşıb. Eyni zamanda, iyunda qeyri-ərzaq məhsullarının qiymətləri may ayına görə 0,1 faiz ucuzlaşıb, birinci yarımildə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,5 faiz artıb. İyunda əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri may ayına nisbətən sabit qalıb, yarım ildə əvvəlki ilin müvafiq dövrünə görə isə 4,6 faiz bahalaşıb.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır