SOSİUM

Bakıda 30 ağac aşdı
05 AVQUST
281

Bakıda 30 ağac aşdı

2019-08-05 16:50:00

Paytaxtda başlayan güclü külək 8 ağacı kökündən çıxarıb. 

Bunu Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyib. 

O bildirib ki, əsasən Nəsimi, Yasamal və Nərimonov rayonlarında ağaclar kökündən çıxıb:

“Hazırda küləyin sürəti 35 m/s-i keçib. Bu da Bakı üçün fırtına deməkdir. 

Hazırda güclü küləyə görə 30-dan çox ağac aşıb. 4 və 5 rayonda maşının üstünə düşən xeyli ağaclar var. Ən çox isə Nəsimi, Yasamal və Nərimanovda bu hadisələrə rast gəlinib. Amma kiminsə xəsarət alması ilə bağlı məlumat daxil olmayıb”.

© Oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır