SOSİUM

“Azəriqaz”: Gün ərzində “ASAN kommunal” mərkəzlərində bəzən 500 müraciət qəbul olunur
01 AVQUST
121

“Azəriqaz”: Gün ərzində “ASAN kommunal” mərkəzlərində bəzən 500 müraciət qəbul olunur

2019-08-01 15:47:00

Yeni smart kartların verilməsi ilə bağlı müraciətlərin sayı artmaqda davam edir.

“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, gün ərzində “ASAN kommunal” mərkəzlərində bəzən 500 müraciət qəbul olunur.

Bu cür vəziyyətin maksimum səviyyəyə çatmasını nəzərə alaraq “Azəriqaz”ın Bakı şəhərinin Sabunçu, Xırdalan, Maştağa, Mərdəkan, eləcə də Birliyin inzibati binasında və Babək prospektində yerləşən Bakı Regional Qaz Satışı Departamentində işçilər səfərbər olunub, abonentlərə şənbə və bazar günləri də qüsursuz xidmətin göstərilməsi intensiv davam etdiriləcək.

Qeyd edək ki, müraciətlərin artması kütləvi şəkildə həyata keçirilən sayğac dəyişikliyi ilə bağlı abonentlərə yeni smart kartların təqdim olunması ilə bağlıdır. Birliyin mütəxəssisləri istehlakçılara yeni smart kartların verilməsi ilə yanaşı, bloklanmış kartların və yaxud abonentin səhvi nəticəsində söndürülmüş sayğacların (OFF rejimi) yenidən aktiv olunması xidmətlərini də göstərirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır