SOSİUM

Bu gün Bakının bir hissəsində qaz kəsiləcək
31 İYUL
155

Bu gün Bakının bir hissəsində qaz kəsiləcək

2019-07-31 09:59:00

Bu gün saat 11:00-dan 13:00-a qədər qaz ölçü qovşaqlarında mövcud daraldıcı qurğuların dövlət yoxlamasından keçirilmiş eyni adlı qurğularla əvəz olunması ilə bağlı Bakının Sabunçu rayonunda bir qrup abunəçinin təbii qazla təchizatı dayandırılacaq. 

Bu barədə Fins.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, bundan başqa, sazlama işləri ilə bağlı saat 11.00-dan Bakının Xəzər rayonunun Binə və Qala qəsəbələrində, Qaradağ rayonunun Ələt qəsəbəsində bir qrup sakinin qazı kəsiləcək. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır