SOSİUM

Azərbaycanlı uşaqlara qoyulan serial qəhrəmanları adları
30 İYUL
250

Azərbaycanlı uşaqlara qoyulan serial qəhrəmanları adları

2019-07-30 16:52:00

Azərbaycanda son dövrlərdə yeni doğulan körpələrə xarici serial qəhrəmanlarının adlarının qoyulması halları artıb.
Fins.az trend-ı istinadən xəbər verir ki, Ədliyyə Nazirliyinin statistik məlumatlarına istinadən apardığı araşdırmalara görə, son dövrlərdə uşaqlara daha çox Türkiyə seriallarından götürülmüş adlar verilir.
Belə adlar daha çox qız uşaqlarına qoyulur.

Yalnız bu il ərzində Əsma 259, Damla 253, Miray adı 226, Nur 220, Melisa 186, Aişə 109, Milana 84, Elif 82, Elay 78, Selcan 70, Milay 66, Selin və Sunay 62, Əsra 54, Əsmanur və İlayda 49, Cansu adı isə 42 qıza qoyulub.
Oğlanlara gəldikdə isə bu il 183 uşağa Fateh, 194-nə Onur, 77-nə Renat, 70-nə Miran, 65-nə Turqut, 49-na isə Harun adları qoyulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır