SOSİUM

Azərbaycanda maqnit qasırğası gözlənilirmi? – AÇIQLAMA
30 İYUL
74

Azərbaycanda maqnit qasırğası gözlənilirmi? – AÇIQLAMA

2019-07-30 09:33:00

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Fins.az Rəsədxanaya istinadən xəbər verir ki, Günəş fəallığı çox aşağı səviyyədə olub. 10 MeV-dən çox enerjili proton seli fon səviyyəsində stabil qalıb.

Geomaqnit sahə son 24 saat ərzində ümumən çox sakitdir.
İyulun 29 –dan 31-dək Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. Günəş küləyi parametrlərinin ümumən sakit rejimə uyğun olacağı, fasilələrlə azacıq güclənəcəyi proqnozlaşdırılır. Maqnit qasırğasının yaranması ehtimalı 1 faizdən aşağı qiymətləndirilir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır