SOSİUM

Xəzərdə çimmək qadağan edildi - 31 iyuladək
29 İYUL
703

Xəzərdə çimmək qadağan edildi - 31 iyuladək

2019-07-29 20:18:00

İyulun 31-ə qədər İranın şimalında Mazandaran vilayətində Xəzər dənizində çimmək qadağan edilib.

Fins.az-ın məlumatına görə, bunu İranın Mazandaran vilayəti sahillərində dənizdə batma hallarına qarşı mübarizə komitəsinin sədri Nəqi Kərimian deyib.

N.Kərimianın sözlərinə görə, Mazandaran vilayətində 60 ərazidə qadağa işarəsi olan qara bayraq sancılıb.

Qeyd edək ki, bu il Xəzər dənizinin Mazandaran sahillərində 10-dan çox şəxs boğulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır