SOSİUM

Dəmiryollarından baş verən qəzayla bağlı AÇIQLAMA
29 İYUL
99

Dəmiryollarından baş verən qəzayla bağlı AÇIQLAMA

2019-07-29 14:42:00

Bu gün saat 12:45-də Qala-Binə mənzilinin 30-cu kilometrində yerləşən qorunmayan dəmir yolu keçidində yol-nəqliyyat hadisəsi baş vermişdir.

İnfrastruktur Departamentinin 4 saylı yol sahəsinə məxsus drezin qorunmayan dəmir yolu keçidində hərəkətdə ikən, keçidi keçməyə cəhd göstərən Pirallahı qəsəbəsinin sakini Rəşad Cəlil oğlu  Əliyevin idarə etdiyi “Mersedes” markalı” avtomaşın drezinlə toqquşmuşdur.

Hadisə nəticəsində avtomobildə olan 3 nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri aldıqları üçün təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılmışdır.

 Hadisənin baş verməsinə səbəb avtomobilin sürücüsü tərəfindən Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında Qanunu”nun 44-cü maddəsinin tələblərinin pozulması olmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır