SOSİUM

ABŞ vətəndaşlıq almaq üçün ərizəçilərin keçdiyi test imtahanında dəyişiklik edəcək
22 İYUL
115

ABŞ vətəndaşlıq almaq üçün ərizəçilərin keçdiyi test imtahanında dəyişiklik edəcək

2019-07-22 15:08:00

ABŞ-ın Vətəndaşlıq və İmmiqrasiya Xidməti (USCIS), vətəndaşlıq almaq üçün ərizəçilərin keçdiyi test imtahanında dəyişiklik etməyi planlayır.

Fins.az xəbər verir ki, bu barədə təşkilatın saytında yerləşdirilən bəyanatda deyilir.Qeyd edildiyi kimi, ərizəçinin gələcək vətəndaş kimi hüquq və vəzifələrinin daha dəqiq qiymətləndirilməsi üçün müəyyən dəyişikliklər ediləcək.

“Əsas məqsəd tutarlı və effektiv test yaratmaqdır. Test özündə ABŞ hökumətinin tarixinə və dəyərlərinə dair sualları birləşdirəcək”, – sənəddə deyilir.

2018-ci ilin dekabrında Vətəndaşlıq və İmmiqrasiya Xidməti tərəfindən test imtahanının yenidən nəzərdən keçirilməsi üzrə işçi qrup yaradılmışdır. Dəyişikliklər 2020-ci ilin dekabrında və ya 2021-ci ilin əvvəlində qüvvəyə minəcək.

Xatırladaq ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp, ölkə ərazisində yaşayan vətəndaşların sayının müəyyənləşdirilməsi üçün plan qurmuşdur.

© Banker

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır