SOSİUM

Teymur Rəcəbov iri turnirdə ikinci yeri tutdu
22 İYUL
149

Teymur Rəcəbov iri turnirdə ikinci yeri tutdu

2019-07-22 11:03:00

Almaniyanın Dortmund şəhərində “Sparkassen Chess-Meeting” beynəlxalq şahmat turniri başa çatıb. 

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbovun da iştirak etdiyi turnir dairəvi sistem üzrə təşkil olunmuşdur.

T.Rəcəbov son turda estoniyalı Kaydo Kyulaotsla oyununu heç-heçə başa vurub və cəmi 4 xal yığıb. Bu ona 2-5-ci yerləri bölüşdürməyə imkan verib.

Turnirin qalibi isə 4,5 xalla amerikalı Lenyer Dominqes olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır