SOSİUM

İstirahət günlərinə olan HAVA PROQNOZU
19 İYUL
235

İstirahət günlərinə olan HAVA PROQNOZU

2019-07-19 18:12:00

Böyük və Kiçik Qafqazda yaxın iki gündə hava yağmursuz keçəcək. Qərb küləyi əsəcək. Havanın temperaturu dağətəyi rayonlarda 33-38, dağlıq rayonlarda  23-28 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsindəgünəşli hava şəraiti müşahidə olunacaq. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 32-37 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında günəşli hava şəraiti müşahidə olunacaq. Qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 34-39 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da yağmursuz hava şəraiti müşahidə olunacaq. Qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 34-39 dərəcə isti təşkil edəcək.  

Paytaxt qonaqlarının isə nəzərinə çatdırırıq ki, yaxın iki gündə yağmursuz hava şəraiti müşahidə olunacaq. Şimal-qərb küləyi arabir güclənəcək.

Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır