SOSİUM

Vilayət Eyvazov bütün polis rəislərini nazirliyə ÇAĞIRDI
12 İYUL
283

Vilayət Eyvazov bütün polis rəislərini nazirliyə ÇAĞIRDI

2019-07-12 17:01:00

Bu gün Daxili İşlər Nazirliyində (DİN) geniş kollegiya iclası keçirilir.

Fins.az xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun sədrliyi ilə keçirilən toplantıda DİN-in kollegiya üzvləri, baş idarə, idarə və xidmət rəisləri, məsul əməkdaşlar, Azərbaycanın bütün şəhər və rayon polis idarə, şöbə və bölmələrinin rəisləri iştirak edirlər.

İclasda 2019-cu ilin 6 ayı ərzində ölkədə cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, mülkiyyət əleyhinə olan cinayətlərin qarşısının alınması sahəsində görülən tədbirlər və qarşıda duran vəzifələr müzakirə olunur.

Qeyd edək ki, bu, general Vilayət Eyvazovun daxili işlər naziri qismində keçirdiyi ilk kollegiya iclasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9102
  • ₽ RUB
    0.027