SOSİUM

Nazir müavinin vətəndaş qəbulunun VAXTI
12 İYUL
111

Nazir müavinin vətəndaş qəbulunun VAXTI

2019-07-12 12:56:00

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev 18 iyul 2019-cu il tarixində saat 11:00-da Göygöl rayonunda vətəndaşları qəbul edəcək.

Nazirlikdən Fins.az-a verilən məlumata görə, qəbul zamanı nəqliyyat, telekommunikasiya, poçt xidmətləri və digər aidiyyəti məsələlərlə bağlı müraciətlərə baxılacaq.

Vətəndaşlar “[email protected]” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt şöbəsi və telefon qovşağı tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar.

Bunun üçün Göygöl sakinlərindən 022 2055013 nömrəli telefona zəng etmələri xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027