SOSİUM

Neftçala sakinlərinə şad xəbər
11 İYUL
93

Neftçala sakinlərinə şad xəbər

2019-07-11 11:44:00

Bu gün Neftçala sakinləri Kür çayının qismən təmizlənmiş suyundan istifadə edirlər.

Fins.az-ın məlumatına görə, bunu “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib.

Onun sözlərinə görə, Şirvan-Muğan qrup su kəmərindən Neftçalaya suyun verilməsi planlaşdırılır.

“Layihəni işləyib yekunlaşdırmışıq. Bunun üçün 40 km-ə yaxın magistral su kəməri xəttinin çəkilməsi planlaşdırılır. Layihə yekunlaşdırıldıqdan sonra Neftçala sakinləri bu sudan istifadə edə biləcəklər.

“Layihə təsdiqlənib, işlərə başlanılsa, gələn ilə Neftçala sakinləri sudan istifadə edəcəklər. Bu gün Neftçala sakinləri Kür çayının qismən təmizlənmiş suyundan istifadə edirlər”, - deyə ASC rəsmisi qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8947
  • ₽ RUB
    0.0269