SOSİUM

DSK sədri: "Əhalinin siyahıyaalınması ilə bağlı qaydaların hazırlanması tam başa çatdırılıb"
02 İYUL
97

DSK sədri: "Əhalinin siyahıyaalınması ilə bağlı qaydaların hazırlanması tam başa çatdırılıb"

2019-07-02 18:04:00

Azərbaycanda əhalinin siyahıyaalınma ilə bağlı qaydaların hazırlanması tam başa çatdırılıb. Fins.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Statistika Komitəsinin (DSK) sədri Tahir Budaqov deyib.

Onun sözlərinə görə, bütün etimoloji baza hazırlanıb: "Keçən il Qəbələdə əhalinin sınaq siyahıya alınması keçirildi və istər metodoloji materiallar, istər yaradılan informasiya sistemi, o cümlədən məlumatların daxil ediləcək kompüter bazası sınaqdan keçirildi. Hazırda biz materialların yerlərə çatdırılması prosesinə başlayırıq, sorğu siyahıyaalma vərəqələri və s. Eyni zamanda avqustun sonu – sentyabrın əvvəlində siyahıyaalmaya cəlb olunacaq işçilərin təlimatlandırılmasına başlanılacaq", - deyə T. Budaqov qeyd edib.

Qeyd edək ki, Azərbaycanda əhalinin siyahıya alınması bu ilin oktyabrın 1-10-da keçiriləcək

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271