SOSİUM

Azərbaycan və Monteneqro 5 müqavilə imzalamaq niyyətindədir
25 İYUN
145

Azərbaycan və Monteneqro 5 müqavilə imzalamaq niyyətindədir

2019-06-25 16:42:00

"Azərbaycandan sənaye və kənd təsərrüfatı məhsullarının Monteneqroya ixracı, Monteneqrodan Azərbaycana keyfiyyətli məhsulların idxalı istiqamətdə iş aparılmalıdır".

Fins.az xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-Monteneqro biznes forumundan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə komissiyanın həmsədri Sahil Babayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ticarət əlaqələrində artım gözlənilir.

Nazir qeyd edib ki, iki ölkə arasında 17 müqavilə imzalanıb: "5 müqavilə üzərində də iş aparılır".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır