SOSİUM

Azərbaycan yeyinti məhsullarının idxalını 15% artırıb
18 İYUN
161

Azərbaycan yeyinti məhsullarının idxalını 15% artırıb

2019-06-18 17:41:00

Bu ilin yanvar-may aylarında Azərbaycan 633 mln. ABŞ dolları dəyərində yeyinti məhsulları idxal edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,2% çoxdur.

Fins.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə ölkəyə idxal edilən yeyinti mallarının boyu bir hissəsini buğda təşkil edib. Belə ki, yanvar-may aylarında Azərbaycan 124,5 mln. dollar dəyərində buğda idxal edib, bu da ki 47,9% artım deməkdir.

Məlumata əsasən, bu dövr ölkəyə 551,44 min ton buğda idxal edilmişdir (14.6% artım). Bundan əlavə, Azərbaycan  92,6 mln. dollar dəyərində 169,86 min ton  (9,3% artım) meyvə-tərəvəz, 29,4 mln dollar dəyərində 20,3 min ton (9,9% artım) ət, 47,9 mln. dollar dəyərində 56,7 min ton  (20,1% azalma) bitki və heyvan mənşəli piylər və yağlar idxal edib.

Qeyd edək ki, sözü gedən dövr Azərbaycan 27,2 mln dollar məbləğində 5,4 min tondan artıq (11,6% azalma) kərə yağı və süddən hazırlanmış digər yağlardan idxal edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027