SOSİUM

Yeni yaradılan kommersiya məhkəmələrinin səlahiyyətləri müəyyənləşib
14 İYUN
107

Yeni yaradılan kommersiya məhkəmələrinin səlahiyyətləri müəyyənləşib

2019-06-14 15:07:00

Azərbaycanda yeni yaradılan kommersiya məhkəmələrinin səlahiyyətləri və sədrlərinin əməkhaqları müəyyən olunub.

Fins.az-ın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında müzakirə edilən “Məhkəmələr və hakimlər haqqında” qanuna əlavədə əksini tapıb.

Əlavəyə əsasən, yeni kommersiya məhkəmələrinə işin təşkilinə və məhkəmə aparatının işinə rəhbərlik etmək, iclasa sədrlik etmək, aparatın işçilərinin işə qəbul və işdən azad etmək, məhkəmə fəaliyyətinin təşkili vəziyyəti, təcrübəsinin öyrənilməsinə və ümumiləşdirilməsinə, məhkəmə statistikasının aparılmasına rəhbərlik etmək, şəxslərin qəbulu, təklif, ərizə və şikayətlərə baxılması sahəsində məhkəmənin işini təşkil etmək və Azərbaycan Respublikasının qanunları ilə ona həvalə edilmiş digər səlahiyyətləri həyata keçirmək səlahiyyətləri verilir.

Digər yeni maddəyə görə isə Kommersiya məhkəməsi sədr və hakimlərdən ibarət olacaq. Kommersiya məhkəməsində 12 və daha çox hakim ola bilər.

Əməkhaqqına gəlincə, Kommersiya məhkəmələrinin sədrləri də ağır cinayətlər məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin, hərbi məhkəmələrin sədrləri kimi Ali Məhkəmə sədrinin vəzifə maaşının 80%-i həcmində - 1824 manat maddi təminat alacaq.

Müzakirələrdən sonra qanuna əlavələr səsə qoyularaq təsdiq edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272