SOSİUM

Bu gün Sumqayıtın əksər ərazisində qaz olmayacaq
12 İYUN
180

Bu gün Sumqayıtın əksər ərazisində qaz olmayacaq

2019-06-12 10:39:00

Bu gün Sumqayıt şəhərinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Sumqayıt Qaz İstismarı Sahəsindən  Sülh küçəsində yeni çəkilmiş polietilen qaz kəmərinin işlək qaz kəmərinə qoşulması ilə əlaqədar olaraq qaz təchizatında fasilə yaranacaq.

Belə ki, bu gün səhər saat 9:00-dan 17:00-dək şəhərin 1, 2, 3, 4, 5, 6, 7, 8, 12, 15, 16, 17, 18, 19, 22, 29, 30, 34, 45-ci məhəllələrində, 1, 5, 6-cı mikrorayonlarında, “Betonzavod” ərazisi və “İnşaatçılar” qəsəbəsində qaz təchizatı dayandırılacaq.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır