SOSİUM

Şikayətimiz əsaslıdırsa, hara və necə ŞİKAYƏT EDƏK?
11 İYUN
95

Şikayətimiz əsaslıdırsa, hara və necə ŞİKAYƏT EDƏK?

2019-06-11 12:19:00
Bu dəfəki yazımızda qanunvericiliyin mövqeyinə və səlahiyyətli orqanların həyata keçirdiyi innovativ tədbirlərinə istinad edərək haqlı olduğunuz hallarda hara və necə şikayət edə biləcəyimiz barədə məlumat verməyə çalışacağıq.
Əvvəla daha çox rastlaşdığımız hallardan biri kimi ictimai yerlərdə və ya yaşayış evlərində gecə saat 24-dən səhər 7-yə kimi səs-küy salmağa, mahnı oxumağa, gur səslə mahnı oxutmağa görə Daxili İşlər Nazirliyinə müraciət edə bilərsiniz.
Oğurluq, soyğunçuluq, quldurluq, döymə, sağlamlığa xəsarət yetirmə, avtoqəza hallarında da Daxili İşlər Nazirliyinə müraciət etməlisiniz.
Xidmət göstərən, məhsul satan şəxslərin keyfiyyətsiz xidmət göstərməsi və ya məhsul satmasına görə, həmçinin haqsız rəqabətə və ya inhisarçılığa yol verilməsinə görə İqtisadiyyat Nazirliyinə müraciət edə bilərsiniz.
Heyvan kəsim yerlərindən kənarda kəsimlərin aparılması, qida məhsullarının sanitar qaydalara zidd olaraq hazırlanması hallarında Qida Təhlükəsizliyi Agentliyinə müraciət edə bilərsiniz.
Təhsil, tibb müəssisələrində, nəqliyyatda, bərbərxana, kosmetoloji xidmət müəssisələrində sanitariya-epidemioloji qaydaların pozulmasına görə Səhiyyə Nazirliyinə müraciət edə bilərsiniz.
Sərnişin daşıma qaydalarının pozulmasına, sərnişin daşıma həyata keçirilərkən tütün çəkilməsinə, gediş haqqının yüksək tətbiq edilməsinə, müntəzəm şəhərdaxili marşrutlarda daşıma ilə əlaqəsi olmadığı halda audio cihazlardan istifadə edilməsi hallarına görə Nəqliyyat, Rabit və Yüksək Texnologiyalar Nazirliyi, Bakı şəhərində isə Bakı Nəqliyyat Agentliyinə müraciət edə bilərsiniz.
Bank, bank olmayan kredit təşkilatları və sığorta şirkətlərinin qanun pozuntularından Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edə bilərsiniz.
Göstərilən qurumların qaynar xətləri və müraciət qaydaları aşağıdakı kimidir:
Daxili İşlər Nazirliyi - https://e-muraciet.mia.gov.az/
102 - qaynar xətti
İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti - http://www.consumer.gov.az/az/contact-form
195-2 qaynar xətti
Qida Təhlükəsizliyi Agentliyi - http://afsa.gov.az/az/contact
Əlaqə - 1003
Qaynar xətt məlumatları - http://www.sehiyye.gov.az/unvan.html
Bakı Nəqliyyat Agentliyi - http://bna.az/az/contact
Çağrı mərkəzi - 141
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi - http://www.mincom.gov.az/az/view/feedback/
Əlaqə - 1655
Maliyyə Bazarlarına Nəzarət Palatası - https://www.fimsa.az/az/contact
Çağrı mərkəzi - 966
Müəllif: Şəhriyar Şah
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272