SOSİUM

Təyyarədə doğulan uşaq hara vətəndaşı sayılır?
11 İYUN
444

Təyyarədə doğulan uşaq hara vətəndaşı sayılır?

2019-06-11 10:47:00

Uçuşdan əvvəl təyyarə heyətini vəziyyətiniz barədə xəbərdar edin. Təzyiqin enməsi və ümumi stress nəticəsində halınızın pilsləşəcəyi ehtimalı var. İstisna hallarda  hətta erkən doğum da başlaya blər.

Yaxşı xəbər odur ki, təyyarə heyəti belə vəziyyətlərin öhdəsindən gələ bilmək üçün xüsusi hazırlıq keçirlər.  Pis xəbər isə, hətta ən tez doğuş ortalama 4 saat çəkir.

Faydalı məsləhət: Əgər uçuş zamanı hamiləliyin son aylarındasınızsa mütləq, hamilə qadınlara verilən mübadilə kartı, steril örtük, pambıq və steril əlcəkləri özünüzlə götürün.

Ümumiyyətlə, Ümumdünya Səhiyyə Təşkilatı üç halda uçuşdan imtina etməyi tövsiyə edir:

  • Hamiləlik müddəti 36 həftədən artıq olarsa (çoxuşaqlı hamiləlik üçün 32 həftədən artıq olarsa).
  • Əgər hamiləlik dövrü problemli keçirsə (hamiləlik patalogiyası, düşük ehtimalı və sairə).
  • Doğumdan 7 gün keçməyibsə.

Vətəndaşlıq necə təyin olunur?

Təyyarədə doğulan körpə üç növ vətəndaşlığa sahib ola bilər:

  • Təyyarə sahibi olan ölkənin vətəndaşlığına;
  • Doğularkən təyyarənin üzərindən keçdiyi ölkənin vətəndaşlığına;
  • Təyyarənin endiyi ölkənin vətəndaşlığına. (əgər ölkənin qanunları «torpaq hüququ» şərtilə vətəndaşlıq verirsə)

«Torpaq hüququ» vətəndaşlıq əldə etmək prinsiplərindən biridir. Bu o deməkdir ki, yeni doğulmuş uşaq, valideynlərin hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq, ərazisində doğulduğu ölkənin vətəndaşı olur.

Başqa bir prinsip daha — «qan hüququ». Körpə valideynlərinin vətəndaşlığına uyğun olaraq vətəndaşlıq alır və onun doğulduğu ərazi heç bir əhəmiyyət daşımır.

2019 ildə “torpaq hüququ” prinsipi ilə ayaqlaşan ölkələr:

  • Beliz
  • Barbados
  • Argentina
  • Antigua və Barbuda
  • Venesuela
  • Boliviya
  • Qrenada
  • Braziliya
  • Qvatemala
  • Dominika
  • Guyana
  • Dominik Respublikası
  • Honduras
  • Malayziya
  • Lesotho
  • Kolumbiya
  • Kanada
  • Nikaraqua
  • Meksika
  • Panama
  • Peru
  • Pakistan
  • Paraqvay
  • Rumıniya
  • Christopher və Nevis
  • Sent Lusiya
  • El salvador
  • Sent Vinsent və Qrenadilər
  • Çili
  • Fiji
  • Uruqvay
  • ABŞ
  • Yamayka
  • Ekvador
  • Trinidad və Tobaqo

Bəzi aviaşirkətlər təyyarədə doğulmuş uşağa pulsuz aviabilet hüququ verirlər. Ümumilikdə işə aviaşirkətlər təyyarə bortunda doğumu dəstəkləmir. Bunun səbəbi heç də pulsuz aviabiletlər və ya vətəndaşlıq hüququ deyil. Əsl səbəb doğum zamanı yarana biləcək ekstrimal və ciddi təhlükəli vəziyyətlərin yarana bilməsi, belə hallarda körpəyə və ya anaya təyyarə bortunda xüsusi təcrid olunmuş şəraitin yaradılmasının mümkünsüzlüyüdür.

Əgər doğum üçün nəzərdə tutulmuş tarixə 12 həftə qalarsa həkimdən uçuş üçün icazə vərəqəsini almağınız məsləhət görülür. Təyyarəyə oturmadan əvvəl onu sizdən tələb edə bilərlər.

Aviabilet almadan öncə hamilə qadınların daşınması üçün aviaşirkətlərin məhdudiyyətləri haqqında şərtləri oxumağınız məsləhət görülür.

© Aybilet.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır