SOSİUM

“Satışdakı əksər enerji içkiləri əsl enerji içkisi deyil”
11 İYUN
113

“Satışdakı əksər enerji içkiləri əsl enerji içkisi deyil”

2019-06-11 09:43:00

Məlumdur ki, 2019-cu ildən etibarən enerji içkiləri (Engery Drink) məhsullarından öncəki illərdə baş verən zəhərlənmə hallarının (problemin markalarda və ya istehlakçı davranışlarında olması ayrı bir mövzudur) çoxluğundan hökümət tərəfindən bu seqmentdən olan məhsullara vergi tətbiqi başlandı. Və məhsulların qiymətində 70-100% aralığında bir artım baş verdi.

Qiyməti  1.7-2 AZN-ə qədər qalxan enerji içkiləri satış payı itirməyə başladılar.

Fins.az Marja-ya istinadən xəbər verir ki, marketinq barədə məlumatların yer aldığı  “Brief” yaradıcı məzmun agentliyində yayımlan məqaləyə istinadən xəbər verir ki, markalar bazar paylarını əldə saxlamaq üçün tərkibində TAURİN olmayan, ancaq eyni dadı təqdim edən və öncəki qiyməti saxla biləcək yeni məhsulları bazara təqdim edirlər.

“İstehsalat prosesində hər hansısa bir məhsulun “Texniki Şərt” deyilən bir anlayış mövcuddur. Bu nə üçündür?

Hər bir məhsulun istehsalı üçün müəyyən olunmuş bir standart mövcuddur. Ancaq “Texniki Şərt” hüququnu alan marka istehsal prossesi zamanı məhsul üçün önəmli olan şərtləri ödəməli olur. Yəni, hər bir enerji içkisinin tərkibində taurin, kofein mütləq olmalıdır. Belə qeyd edək ki, 250ML enerji içkisinin istehsalı zamanı onun tərkibinin 15%-i taurin, 10%-i kofein olmalıdır. Bu standartıdır. Ya bəzi enerji içkilarının tərkibində bu elementlər heç yoxdur, ya da  aşağı göstəricilərlə yer alır. Məsələn, 250ML Energy Drink-in tərkibində artıq taurin 15% deyil  10% yer tutur, kofein 10% deyil də 5% yer tutur. Bu halda artıq o məhsul enerji içkisi hesab olunmur. “Texniki Şərt”ləri ödəməyən məhsul enerji içkisi hesab olunmur. Bu hüququ istehsalçıya Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilir”,- məqalədə deyilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.93
  • ₽ RUB
    0.0269