SOSİUM

Azərbaycanda ilk dəfə gənclər üçün “HÜQUQİ İMLA” keçirilib
07 İYUN
313

Azərbaycanda ilk dəfə gənclər üçün “HÜQUQİ İMLA” keçirilib

2019-06-07 23:07:00

Tələbələrin və gənclərin hüquqi savadlılıq sahəsində sosial və siyasi fəaliyyətinə təsir edən problemləri aşkar etmək üçün «Avropa Hüquq Xidməti» MMC, «1+1=3» Şirkəti ilə birlikdə Azərbaycanda ilk dəfə, Azərbaycan Diplomatik Akademiyasında “HÜQUQİ İMLA” layihəsi çərçivəsində tədbir keçirib. Bu barədə fins.az-a «Avropa Hüquq Xidməti».—indən məlumat verilib. Məlumatda bildirilir ki, tədbirdə  «Avropa Hüquq Xidməti» MMC-nin tərəfdaşı olan Bank “BTB” nümayəndələri, “THE OFFİCE”, “ANTARİS”, “İNSİDER.AZ”, “FİNS.AZ” və “BİG.AZ”, “SONXEBER.AZ”, “REPORT.AZ” informasiya agentliklərinin təmsilçiləri iştirak edib.Qeyd olunub ki, “HÜQUQİ İMLA” –da qonaq qismində ekspert Azərbaycanın məşhur səyyahətçisi Azər Qəribov və BP-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli iştirak etmişdirlər.  Eyni zamnada  “HÜQUQİ İMLA” layihəsi 2016-cı il tarixindən «Avropa Hüquq Xidməti»nin Rusiyadakı Baş İdarəsi tərəfindən keçirilib. Hazırda 200 000-dən artıq iştirakçıları həmin layihədə iştirak edib, cavablarını alıb və nəticədə hüquqi savadlılıq səviyyəsini artırıblar.

  Gənclərin hüquq sahəsində daha kəskin və aktual problemlərin aşkarlanmasını, həmçinin, yaranmış vəziyyətin yaxşılaşmasına yönədilmiş qərarların qəbul edilməsinə imkan verilib. Birgə rəylər nəticəsində gənclərin hüquqi biliklərin inkişafı üçün mühüm töhfə verilib. Bu tədbirdə hər tələbə üçün öz hüquqi səviyyəsini müəyyən etmək imkanı yaradılıb Hazırda gənclərin şəxsi və gündəlik məsələləri onların gələcəkdə peşəkar məhsuldarlığına əhəmiyyətli dərəcədə təsir göstərdiyini bildirən bu layihə aktiv olaraq həyata keçir

Bundan əlavə, bu tədbir hüquqi savadlılıq səviyyəsinin yüksəldilməsi və vətəndaşların rifahının yaxşılaşdırılması məqsədilə sistemli fəaliyyətlərin həyata keçirilməsi üçün başlanğıc nöqtəsidir.

Müəllif:Aynur Qəniyeva

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır