SOSİUM

Göyçayda su kanalının bəndi uçub, iki rayon susuz qalıb
07 İYUN
140

Göyçayda su kanalının bəndi uçub, iki rayon susuz qalıb

2019-06-07 09:46:00

Göyçay rayonunda su kanalının bəndi partlayıb.

Fins.az-ın Report-a istinadən verdiyi məlumata görə, mənbəyini Yuxarı Şirvan kanalından götürərək, Ucara gedən su kanalının rayonun Çərəkə kəndi ərazisindəki bəndi uçub.

Nəticədə Göyçay və Ucarın bir neçə kəndi susuz qalıb.

Rayon Su Kanal İdarəsi bu gündən əraziyə ağır texnika cəlb olunacağını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır