SOSİUM

2023-cü ildə keçiriləcək III Avropa Oyunlarına yeganə namizəd ölkə müəyyənləşib
07 İYUN
156

2023-cü ildə keçiriləcək III Avropa Oyunlarına yeganə namizəd ölkə müəyyənləşib

2019-06-07 09:44:00

2023-cü ildə keçiriləcək III Avropa Oyunlarını keçirməyə yeganə namizəd ölkənin adı açıqlanıb. 

Fins.az-ın Report-a istinadən verdiyi məlumata görə,  Polşa Milli Olimpiya Komitəsi Krakov şəhəri və Malopolsk regionunun birgə ərizəsini təqdim edib. Növbəti Oyunların məkanı iyunun 22-də EOC-un Belarusun paytaxtı Minskdəki Növbədənkənar Baş Assambleyasında açıqlanacaq. 

Daha əvvəl Rusiyanın Kazan şəhərinin də namizəd olduğu bildirilirdi. 

Qeyd edək ki, ilk Avropa Oyunları 2015-ci ildə Bakıda təşkil olunub. II Avropa Oyunları isə 21 - 30 iyunda Belarusun paytaxtı Minskdə keçiriləcək. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır