SOSİUM

“DOST süfrəsi” kampaniyası başa çatır
04 İYUN
104

“DOST süfrəsi” kampaniyası başa çatır

2019-06-04 14:37:00

Ramazan ayının başa çatması ilə əlaqədar bu müqəddəs ay boyu davam edən “DOST süfrəsi” aksiyasına da yekun vurulur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Novruz bayramı ilə əlaqədar mart ayında keçirilən “DOST xonçası” kampaniyasının davamı olaraq, Ramazan ayının gəlişi ilə bağlı “DOST süfrəsi” aksiyası başladılmışdı.  Aksiya bu müqəddəs ayın yüksək dəyərlərindən biri kimi xüsusən həssas qruplardan olanlarla iftar süfrəsini bölüşməyi nəzərdə tuturdu.

“DOST xonçası” kimi  “DOST süfrəsi” də elə  ilk gündən maraqla qarşılanıb.  Aksiyaya qoşulan bir çox dövlət qurumları, təşkilatlar, tanınmış şəxslər həssas qruplardan olanlarla iftar süfrəsini bölüşdülər.

Onlar bu barədə facebook səhifəsində postlarını #dostsüfrəsi “hashtag”ı altında paylaşdılar.

Bu aksiya iftar süfrələri ətrafında mənəvi birlik, həmrəylik duyğularının, qarşılıqlı hörmət və mehribanlıq hisslərinin  güclənməsinə, həm də insanlar arasında yeni səmimi dostluq tellərinin qurulmasına öz töhfəsini vermiş oldu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272