SOSİUM

Dünyanın ən böyük “Quran”ı nümayiş olundu – FOTO
04 İYUN
124

Dünyanın ən böyük “Quran”ı nümayiş olundu – FOTO

2019-06-04 10:31:00

Türkiyədə iriölçülü “Quran” kitabı sərgilənib.

Fins.az xəbər verir ki, Türkiyənin Dəyanət Vəqfi tərəfindən hər il Ramazan ayında təşkil olunan 38-ci Türkiyə Kitab və Mədəniyyət sərgisində İstanbulun Böyük Çamlıca məscidində nümayiş olunan “Quran” böyük marağa səbəb olub.

Kitabın ağırlığı 70 kq təşkil edir. Ölçüsü 71X98 sm, qalınlığı isə 9 sm-dir.

Bununla da Türkiyədə ən böyük “Quran”ı ərsəyə gətirən mətbəəçi Mustafa Cüflük deyib:

“Müqəddəs kitabın ilk ayəsində deyildiyi kimi, “Quran” divardan asılmaq üçün deyil, oxumaq üçün nazil olub”.

Nəhəng kitabın hazırlanması dörd ay vaxt aparıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272