SOSİUM

“Azəriqaz” bu il çoxmərtəbəli binalarda 7800-dən çox mənzilə təbii qaz verib
03 İYUN
103

“Azəriqaz” bu il çoxmərtəbəli binalarda 7800-dən çox mənzilə təbii qaz verib

2019-06-03 17:34:00

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Qurumdan verilən məlumata görə, görülmüş işlərin nəticəsidir ki, bu ilin yanvar-may aylarında hüquqi və fiziki şəxslərin müraciətləri araşdırılaraq, müvafiq sənədləri təqdim olunan çoxmərtəbəli binalar üzrə təbii qazın verilməsini təmin edilib. 

Həmin binalarda, ümumilikdə, 7 814 ailə yaşayır.

“Azəriqaz” təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır", - məlumatda qeyd olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272