SOSİUM

"Eurovision-2019"da səslər yenidən sayılıb, Azərbaycan 8-ci yerə düşüb
23 MAY
107

"Eurovision-2019"da səslər yenidən sayılıb, Azərbaycan 8-ci yerə düşüb

2019-05-23 09:42:00

İsrailin Tel-Əviv şəhərində keçirilən "Eurovision-2019" beynəlxalq mahnı müsabiqəsinin təşkilatçıları tamaşaçı səslərinin nəticələrini yenidən hesablayıblar.

Fins.az xəbər verir ki, bu barədə Avropa Yayım Birliyi (EBC) bəyanat yayıb.

Bildirilir ki, bəzi xallar düzgün hesablanmayıb. Səslərin hesablanmasında insan səhvi olub ki, bu da qeyri-dəqiq orta nəticəyə gətirib çıxarıb.

Səslərin yenidən hesablanması nəticəsində ilk üçlükdə dəyişiklik baş verməyib. Əvəzində beş və altıncı yerləri tutan Norveç və İsveç ifaçıları yerlərini dəyişiblər, həmçinin Şimali Makedoniya 7-ci yeri tutan Azərbaycanı, Belarus isə Almaniyanı geridə qoyub.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9097
  • ₽ RUB
    0.0264