SOSİUM

Ekologiya və Təbii Sərvətlər naziri və nazir müavinləri şimal-qərb bölgəsində vətəndaşları qəbul edəcək
16 MAY
102

Ekologiya və Təbii Sərvətlər naziri və nazir müavinləri şimal-qərb bölgəsində vətəndaşları qəbul edəcək

2019-05-16 12:53:00

Prezident İlham Əliyevin vətəndaşların təklif, irad və şikayətləri ilə yerində tanış olmaq üçün mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev 31 may 2019-cu il tarixində saat 09:00-da İsmayıllı şəhərində (İsmayıllı şəhəri, Heydər Əliyev prospekti 57) İsmayıllı və Qəbələ rayonlarından olan vətəndaşları qəbul edəcək.

31 may 2019-cu il tarixində, həmçinin Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev Oğuz şəhərində, nazir müavini Rauf Hacıyev isə Şəki şəhərində yerli sakinlərlə görüşəcək.

Vətəndaşların qəbulu Oğuz meşəbəyliyinin (Oğuz şəhəri,  Heydər Əliyev prospekti 9) və Şəki Regional Meşə Təsərrüfatı Mərkəzinin inzibati binalarında (Şəki şəhəri, Salman Mümtaz 23) saat 09:00-da keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi (ünvan: İsmayıllı şəhəri, Həsən bəy Zərdabi 3) ilə əlaqə saxlamaları (əlaqə telefonları: 020-28-5-33-57, 055-279-70-00, 055-859-80-90) xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262