SOSİUM

Əhalinin hər nəfərinə 2411,8 manat düşür
16 MAY
436

Əhalinin hər nəfərinə 2411,8 manat düşür

2019-05-16 11:58:00

2019-cu ilin yanvar-aprel aylarında Azərbaycanda 23 milyard 813,4 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Əhalinin hər nəfərinə düşən ÜDM 2411,8 manat göstərilir.

Fins.az-ın  Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə,  ÜDM istehsalının 46,5 faizi sənayenin, 9,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,6 faizi nəqliyyat və anbar təsərrüfatı sahələrinin, 5,9 faizi tikintinin, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 14,6 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9 faizinə bərabər olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır