SOSİUM

4 ayda 11,4 milyard manatı nələrə xərcləmişik? – SİYAHI
15 MAY
355

4 ayda 11,4 milyard manatı nələrə xərcləmişik? – SİYAHI

2019-05-15 18:28:00

2019-cu ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,7% üstələyib.

Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sözügedən dövrdə pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri 11,4 milyard manata bərabər olub. Ticarət dövriyyəsinin 5704,9 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5652,5 milyon manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2018-ci ilin yanvar-aprel aylarına nisbətən real ifadədə müvafiq olaraq 2,3% və 3% faiz artıb.

Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:

Məhsul qruplarının adları Satışdan gəlir, milyon manatla 2018-ci ilin yanvar-aprel aylarınanisbətən, faizlə
Pərakəndə ticarət dövriyyəsi 11 357,4 102,7
o cümlədən:
ərzaq məhsulları 5 101,0 102,5
içkilər və tütün məmulatları 603,9 101,2
toxuculuq məhsulları, geyim və ayaqqabılar 2 011,2 102,9
elektrik malları və mebellər 708,7 102,4
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları 86,2 103,1
əczaçılıq və tibbi mallar 142,3 103,4
avtomobil yanacağı 638,1 101,8
digər qeyri-ərzaq məhsulları 2 066,0 103,7

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 44,9%-i ərzaq məhsullarının, 5,3%-i içkilər və tütün məmulatlarının, 17,7%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,2%-i elektrik malları və mebellərin, 5,6%-i avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,8%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,2%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

2019-cu ilin yanvar-aprel aylarında istehlak məhsullarının dəyər ifadəsində 19,9%-i ticarət müəssisələri, 47,9%-i fərdi sahibkarlar tərəfindən, 32,2%-i isə bazar və yarmarkalarda satılıb. 2018-ci ilin yanvar-aprel ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 27,8% artmış, fərdi sahibkarlar üzrə 1,3%, bazar və yarmarkalarda 3,4% azalıb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 287,6 manat və ya 2018-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 9,6 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 144,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 143,1 manatlıq qeyri-ərzaq məhsulları alıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271