SOSİUM

Bu əsər rekord qiymətə satıldı
15 MAY
82

Bu əsər rekord qiymətə satıldı

2019-05-15 10:20:00

Fransalı impressionist rəssam Klod Monenin “Taya” adlı əsəri Nyu-Yorkun “Sotbi” hərrac evində rekord qiymətə - 110,7 milyon dollara satılıb.

Bu rəsm sənətkarın həmin silsilədən olan “Quru ot tayası” adlı rəsminin rekordunu yeniləyib. Sonuncu 2016-cı ilin noyabr ayında “Kristiz” hərrac evində 81,4 milyon dollara “çəkic altı”na gəlmişdi.

Mone Jiverni (Fransa) şəhərindəki evinə köçdüdən sonra bu silsilədən olan 30-a yaxın rəsm çəkib.

© Oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262