SOSİUM

Şəkiyə yağan dolu təsərrüfata ziyan vurub
15 MAY
76

Şəkiyə yağan dolu təsərrüfata ziyan vurub

2019-05-15 10:05:00

Şəki rayonuna dolu yağıb.

Fins.az-ın Report-a istinadən verdiyi məlumata görə, dolu əsasən rayonun Orta Zəyzid kəndinə düşüb.

Gecə saatlarından yağmağa başlayan dolu bir neçə dəqiqə müddətində hər tərəfi ağ örpəyə bürüyüb.

Dolu meyvə ağaclarına ziyan vurub.

Bundan başqa, Şəki şəhərinin yuxarı hissəsinə də az miqdarda dolu düşüb.

Qeyd edək ki, dünən gecə saatlarından etibarən Şimal-Qərb bölgəsində qeyri-sabit hava şəraiti müşahidə olunub və intensiv yağan yağış səhər saatlarında dayanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262