SOSİUM

Son 15 ildə qaçqın və məcburi köçkünlərə 59 min optik eynək ianə edilib
15 MAY
70

Son 15 ildə qaçqın və məcburi köçkünlərə 59 min optik eynək ianə edilib

2019-05-15 09:17:00

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət KomitəsiSəhiyyə Nazirliyi ilə birlikdə məcburi köçkünlərə birbaşa müvəqqəti məskunlaşma yerlərində keyfiyyətli tibbi yardım göstərilməsi üçün aksiyalar təşkil edib.

Fins.az xəbər verir ki, bunu Dövlət Komitəsinin sədri Rövşən Rzayev Yaponiyanın “Fuji Optical Co. Ltd” şirkətinin rəhbəri, dünya şöhrətli oftalmoloq və xeyriyyəçi Akio Kanainin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü zamanı deyib.

R.Rzayev bildirib ki, “Fuji Optical” şirkəti tərəfindən məcburi köçkün və aztəminatlı ailələrə göstərilən optometrik xidmətlər nəticəsində hər il minlərlə insanın görmə imkanları yaxşılaşıb:

“2005-ci ildən bu günə kimi 59 min yüksək keyfiyyətli optik eynək və digər əşyalar soydaşlarımıza ianə edilib. 31 mindən artıq qaçqın, məcburi köçkün və aztəminatlı şəxs “Fuji” humanitar missiyasının xidmətlərindən faydalanıb. Bu il isə humanitar missiya bu təbəqədən olan 2400-dək insanı müayinə ediblər”.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262