SOSİUM

"Eurovision"un ilk finalçıları məlum olub
15 MAY
492

"Eurovision"un ilk finalçıları məlum olub

2019-05-15 09:12:00

İsrailin Tel-Əviv şəhərində "Eurovision" mahnı yarışmasının ilk yarımfinal mərhələsi yekunlaşıb.

Fins.az Report-a istinadən xəbər verir ki, finala Yunanıstan, Belarus, Serbiya, Kipr, Estoniya, Çexiya, Avstraliya, İslandiya, San-Marino və Sloveniya təmsilçiləri keçib.

Yarımfinalda ümumilikdə 17 ölkənin nümayəndəsi çıxış edib. Onların çıxışları peşəkar münsiflər heyəti və iştirakçı ölkələrin tamaşaçılarının səsləri ilə qiymətləndirilib.


***23:54/14 May

İsrailin Tel-Əviv şəhərində "Eurovision" mahnı yarışmasının ilk yarımfinalı başlayıb.

Birinci yarımfinalda 17 ölkənin təmsilçisi iştirak edəcək, onlardan 10-u beynəlxalq müsabiqənin finalına seçiləcək.

Mayın 14-də Kipr, Monteneqro, Finlandiya, Polşa, Sloveniya, Çexiya, Macarıstan, Belarus, Serbiya, Belçika, Gürcüstan, Avstraliya, İslandiya, Estoniya, Portuqaliya, Yunanıstan, San Marino iştirakçıları səhnəyə çıxacaqlar.

Azərbaycan təmsilçisi Çingiz Mustafayev mayın 16-da ikinci yarımfinalda çıxış edəcək.

Müsabiqənin finalı 18 Mayda keçiriləcək, açılışda pop ulduz Madonna səhnəyə çıxacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır