SOSİUM

Qız qalasına giriş pulsuz olacaq – TARİX
14 MAY
141

Qız qalasına giriş pulsuz olacaq – TARİX

2019-05-14 16:39:00

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Beynəlxalq Muzeylər Günü münasibətilə mayın 18-də qurumun tabeliyində fəaliyyət göstərən bütün muzeylərdə “açıq qapı” günü elan edib.

Qoruq İdarəsindən  verilən məlumata görə, “Açıq qapı” günü paytaxt sakinləri və şəhərin qonaqları İçərişəhərdə yerləşən Qız qalası, Şirvanşahlar Sarayı Kompleksi, Sıratağlı Dini-Memarlıq Kompleksi, Tahir Salahovun ev-muzeyi, Bəylər məscidi, həmçinin “Qala” DTEQ ərazisində fəaliyyət göstərən Qala Arxeoloji-Etnoqrafik muzey kompleksi, Əntiq Əşyalar muzeyi ekspozisiyaları ilə ödənişsiz tanış olmaq imkanını əldə edəcəklər.

Muzeylər saat 10:00-dan 19:00-dək fəaliyyət göstərəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262