SOSİUM

Sabah 30 dərəcə isti olacaq – HAVA PROQNOZU
13 MAY
116

Sabah 30 dərəcə isti olacaq – HAVA PROQNOZU

2019-05-13 14:32:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

Mayın 14-dəhava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq ilə əvəz olunacaq.

Havanın temperaturu  Abşeron yarımadasındagecə 14-17, gündüz 22-27, Bakıda gecə 15-17, gündüz  25-27 dərəcə isti təşkil edəcək.

Atmosfer  təzyiqi norma daxilində 763 mm civə sütunu,nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz olacaq.    

Azərbaycanın rayonlarında

Mayın 14-də havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər və gündüz bəzi yerlərdə  yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə dumanolacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-18, gündüz  25-30, dağlarda gecə 8-12,  gündüz 15-20 dərəcə isti təşkil edəcək. 

Tibbi-meteoroloji proqnoz

Mayın 14-15-də Abşeron yarımadasında komfort temperatur şəraitinin üstünlüyü meteohəssas insanlar üçün əlverişlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9102
  • ₽ RUB
    0.027