SOSİUM

Dolu düşəcək, qar yağacaq – NAZİRLİKDƏN ƏHALİYƏ XƏBƏRDARLIQ
10 MAY
581

Dolu düşəcək, qar yağacaq – NAZİRLİKDƏN ƏHALİYƏ XƏBƏRDARLIQ

2019-05-10 19:11:00

Ekologiya və Təbii Sərvətlə Nazirliyi Milli Hidrometeorologiya Departamenti sabah gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Fins.az-ın məlumatına görə, xəbərdarlıqda deyilir:

"Bakıda və Abşeron yarımadasında mayın 11-də bəzi yerlərdə yağış yağacağı, 10-dan 11-nə keçən gecə bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz yağış tədricən kəsiləcək. Şimal-qərb küləyinin sürəti 10-15, arabir 18-23 m/s olacaq, axşama doğru mülayimləşərək 7-12 m/s təşkil edəcək. Havanın temperaturu gecə 14-16, gündüz 19-23 dərəcə isti olacaq.

Mayın 11-də isə respublikanın rayonlarında arabir yağış yağacağı, gecə bəzi yerlərdə leysan xarakterli intensiv olacağı gözlənilir. Bəzi dağətəyi rayonlarda dolu düşəcəyi, Böyük Qafqazın yüksək dağlıq ərazilərində qar yağacağı ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur. Mayın 11-də gündüz saatlarında əksər rayonlarda yağıntı tədricən kəsiləcək. Lakin mayın 12-13-də bəzi rayonlarda yenidən arabir yağıntılı hava şəraiti gözlənilir.

Mayın 12-də hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Havanın temperaturu 26 dərəcəyədək yüksələcək".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262