SOSİUM

Bu gün Bakıda musiqili atəşfəşanlıq olacaq
10 MAY
90

Bu gün Bakıda musiqili atəşfəşanlıq olacaq

2019-05-10 09:47:00

Bu gün Heydər Əliyev Mərkəzinin parkında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü və Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə konsert proqramı və musiqili atəşfəşanlıq keçiriləcək. 

Fins.az xəbər verir ki, konsert proqramında “Rast” qrupu və Rusiyanın “S-brothers-S” qrupu çıxış edəcək. 

Konsertin sonunda isə musiqili atəşfəşanlıq olacaq. Pirotexniki şou Azərbaycanın görkəmli bəstəkarları Üzeyir Hacıbəyli, Niyazi, Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev və Müslüm Maqomayevin əsərlərinin sədaları altında nümayiş olunacaq.

Tədbirə giriş sərbəstdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262