SOSİUM

Nazirlik Bakıda ağacların qorunub saxlanılması məqsədi ilə MMC rəhbərinə məcburi göstəriş verib
08 MAY
206

Nazirlik Bakıda ağacların qorunub saxlanılması məqsədi ilə MMC rəhbərinə məcburi göstəriş verib

2019-05-08 15:21:00

Nizami rayonu, Tofiq Abbasov küçəsi 5 ünvanında yaşıllıq ərazinin hasara alınması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan məlumat nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirlikdən Fins.az-a verilən məlumata görə, araşdırma zamanı sözügedən ərazinin ticarət mərkəzinin tikintisi məqsədilə “Təbriz Center” MMC tərəfindən hasara alındığı, lakin ərazidəki mövcud 8ağacın tikinti altına düşmədiyi müəyyən olunub. 

Ağaclar qeydiyyata alınaraq akt tərtib edilib və onların qorunub saxlanılması məqsədi ilə “Təbriz Center” MMC-nin rəhbəri Adil Yusifova icrası məcburi olan “məcburi göstəriş” verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8876
  • ₽ RUB
    0.0257