SOSİUM

Ətraf mühitə ən çox zərər verən şirkətlər
08 MAY
197

Ətraf mühitə ən çox zərər verən şirkətlər

2019-05-08 11:52:00

Yeni yayımlanan və bir çox müzakirəyə səbəb olan xəritəyə görə ətraf mühitin çirklənməsinə səbəb olan şirkətlər müəyyən edildi. Bu xəritədə dünyanın ən çox istixana təsirinə sahib qaz yayan 100 firması və bu firmaların CEO-ları iştirak edir. Bu şirkətlər atmosferə buraxılan istixana effetli qazlarının 71%-dən məsuldur. (İstixana effekti qazların qızması nəticəsində yaranan istilik enerjisinin vasitəsi ilə planetimizin qızmasıdır. Bu qazlar da əsasən su buxarı və karbondur.)

Birləşmiş Millətlər Təşkilatının dəstəklədiyi 1500 səhifəlik hesabatda bioloji müxtəlifliyin azalmasının insanlığın sağalma perspektivlərinə mənfi təsiri vurğulanır. Digər tərəfdən, bu məsələ ilə bağlı ilk və son hesabat olmayacağı da qeyd edilir.

Sənaye İnqilabından bu yana ölkələr nə qədər böyüyürsə o qədər çox istixana təsirli qaz yayırlar. Xəritədə verilən məlumatlar 2017 Carbon Majors hesabatına əsaslanır. 

© Banco.az

1988-ci ildən bu yana yayılan istixana qazlarının yarısı, siyahının ən yuxarısındakı 25 addan gəlir. Dünyanı həqiqi mənada yaşanılmaz hala gətirən ilk 25 şirkət isə Çin (dövlət kömür müəssisələri), Aramco, Qazprom, National Iranian Oil, ExxonMobil, Coal India, Pemex, Russia (state coal production), Shell, China National Petroleum, BP, Chevron, PDVSA , Abu Dhabi National Oil, Poland Coal, Peabody Energy, Sonatrach, Kuwait Petroleum, Total, BHP Billiton, ConocoPhilips, Petrobras, Lukoil, RioTinto, Nigerian National Petroleum olaraq gözə dəyir.

Siyahıda Houston sahib olduğu 7 adla ciddi bir problem mərkəzi olaraq önə çıxır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır